Accessibility links

Suriyada hava zərbələri nəticəsində 27 nəfər həlak olub


Suriyada rəqib döyüşçülərin nəzarəti altında olan bölgələrə havadan endirilən zərbələr 27 nəfərin ölümünə səbəb olub.

Dövlət mediası bu hücumlardan az sonra yaraqlıların hökumət binalarını hədəf aldığını və nəticədə 7 nəfərin həyatını itirdiyini bildirib.

Son zamanlar iki tərəf arasında artan silahlı qarşıdurmalarda çoxsaylı insan həlak olub

Bazar ertəsi günü Maaret Əl-Numan şəhərində həyata keçirilən hücumlar zamanı 30-dan artıq insan xəsarət alıb.

BMT Suriyada humanitar vəziyyətin getdikcə ağırlaşdığını bildirir. Müharibədən sarsılmış bu ölkədə milyonla insan ehtiyac içərisindədir.

Bildirilib ki, 33 mindən artıq insan didərgin düşüb. Müharibə zonasında çoxsaylı insanın ilişib qaldığı vurğulanıb.

BMT 70 mindən çox insanın Əl-Hol düşərgəsinə sığındığını və onların əksəriyyətinin İslam Dövləti yaraqlıları tərəfindən ələ keçirilən Deir-Ez-Zur bölgəsindən olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG