Accessibility links

Suriyada "humanitar fasilə" qüvvəyə minib


Rusiyanın tətbiq etdiyi “humanitar fasilə” çərşənbə axşamı Dəməşq yaxınlığında qüvvəyə minib.

Suriyanın dövlət Əl-İxbariyə televiziyasında göstərilən videoda tibbi yardım maşınlarının mülki vətəndaşları şərqi Qutadan çıxarmağa hazırlaşdığı göstərilir.

Rusiyanın müdafiə naziri çərşənbə axşamı deyib ki, prezident Vladimir Putin hava hücumlarının yerli vaxtla səhər saat 9-dan gündüz saat 2-dək dayandırılması barədə əmr verib.

"Mülki vətəndaşların şəhəri tərk edə bilməsi üçün humanitar dəhliz yaradılacaq. Dəhlizin koordinatları hazırlanıb və yaxın gələcəkdə elan olunacaq," deyə Sergey Şoyqu bildirib.

Mülki vətəndaşların şəhəri tərk edə bilməsi üçün humanitar dəhliz yaradılacaq. Dəhlizin koordinatları hazırlanıb və yaxın gələcəkdə elan olunacaq.
Sergey Şoyqu

Yerli jurnalistlər əraziyə minomyot hücumlarının olduğunu və bu hücumların mülki vətəndaşların ərazini tərk etməsinin qarşısını aldığını deyib.

Bu iddianı təsdiqləmək hələ ki, mümkün olmayıb.

Rusiyanın hava hücumlarını müvəqqəti olaraq dayandırması BMT-nin tətbiq etdiyi atəşkəsə əməl olunmadığı bir vaxta təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG