Accessibility links

Suriyaya humanitar yardım dayandırılıb


Cümə axşamı BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura Suriyada davam edən döyüşlər səbəbilə humanitar işləri dayandırıb.

Cenevrədə müxbirlər önündə çıxış edən de Mistura deyib ki, o, Suriya Humanitar İşçi Qrupu ilə iclası səkkiz dəqiqə sonra təxirə salıb, çünki Suriyada humanitar baxımdan heç bir addım atılmayanadək danışıqlar aparılmasında bir məna görmür.

“Sabah Ümumdünya humanitar günüdür, bizim isə Suriyada gördüyümüz təkcə döyüşlər, hücumlar, əks-hücumlar, raketlər, bombalar, minaatanlar, atəş, toplar, napalm bombaları, toplar, snayperlər, hava hücumları, intiharçı bombalarıdır. Bir ay içində bir dənə olsun konvoy belə mühasirəyə alınan ərazilərə çata bilməyib. Bunun bir səbəbi var: döyüşlər. Gördüyümüz odur ki, hazırda prioritet döyüşdür.”

De Mistura deyib ki, yeganə istisna Ümumdünya Qida Proqramıdır ki, Suriyanın şərqində mühasirəyə alınan Deir Ezzor şəhərində havadan 100-dən çox yardım paketi çatdırıb.

Bu arada, Rusiya Müdafiə Nazirliyi İranın Həmədan hərbi hava bazasından bombaların atıldığını göstərən video yayıb.

Nazirliyin vebsaytında həmçinin bildirilir ki, çərşənbə günü Su-34 təyyarələri Deir Ezzorda İslam Dövləti mövqelərinə qarşı hava hücumları həyata keçirib.

Rusiyanın İranın hərbi hava bazasından istifadəsi Suriyanın Hələb şəhəri uğrunda döyüşün getdiyi vaxta təsadüf edir. Orada qiyamçılar Rusiya ordusunun dəstəklədiyi Suriya hökümətinə qarşı döyüşür. Moskva və Vaşinqton isə Suriyada onların daha yaxın əməkdaşlıq etməsinə gətirib çıxaracaq razılıq üzərində işləyirlər.

Birləşmiş Millətlər Təşkiları Hələbdə təcili humanitar atəşkəsə və 2011-ci ildə başlayan və 250 min insanın ölümünə, 11 milyon insanın isə didərgin düşməsinə səəb olan mühnaqişəyə son qoymaq üçün aparılan və heş bir nəticə verməyən danışıqların yenidən bərpasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG