Accessibility links

BMT: Suriyada humanitar vəziyyət getdikcə ağırlaşır


BMT Suriyada humanitar vəziyyətin getdikcə ağırlaşdığını bildirir. Müharibədən sarsılmış bu ölkədə milyonla insan ehtiyac içərisindədir.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Najat Roşdi 8 ildir davam edən müharibənin bu ölkəni ağır vəziyyətə saldığını deyib. O, beynəlxalq ictimaiyyətə müracət edərək, milyonla insanın müdafiəsi və dəstəklənməsinə çağırıb.

Nümayəndə 11.7 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu, xüsusilə də hökumət və üsyançı qüvvələr arasında döyüşlər gedən İdlib əhalisinə yardım göstərilməsinin həyati əhəmiyyət kəsb etdiyini deyib.

Bildirilib ki, 350 mülki vətəndaş öldürülüb, 33 mindən artıq insan didərgin düşüb. Müharibə zonasında çoxsaylı insanın ilişib qaldığı vurğulanıb.

BMT 70 mindən çox insanın Əl-Hol düşərgəsinə sığındığını və onların əksəriyyətinin İslam Dövləti yaraqlıları tərəfindən ələ keçirilən Deir-Ez-Zur bölgəsindən olduğunu bildirib.

Düşərgə sakinlərinin əksəriyyəti suriyalı və iraqlı qadın və uşaqlardır. Bunlar arasında İŞİD üzvlərinin 11 min nəfərlik ailə üzvləri var.

UNICEF və digər təşkilatlar qəddarlığın qurbanı olan 29 min uşağın yardımına çağırıb.

Son həftərlər bəzi uşaqların vətənlərinə qaytarıldığı bildirib. Lakin düşərgədə qalan minlərlə digər uşağın aqibəti qeyri-müəyyən olaraq qalır.

XS
SM
MD
LG