Accessibility links

Dünya ictimaiyyətinin diqqətini cəlb edən yaralı suriyalı uşağın qardaşı vəfat edib


Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, dünya ictimaiyyətinin diqqətini cəlb edən yaralı suriyalı oğlanın qardaşı vəfat edib.

10 yaşlı oğlan Hələbə qarşı hücumlar zamanı yaralanmışdı.

Suriyanın Hələb şəhərinə edilən dağıdıcı hava hücumlarından sonra qanlar içində olan balaca oğlan uşağının fotosu dünyada insanların diqqətini cəlb edib. Foto ənənəvi və sosial mediada geniş yayılıb.

Ambulansa qoyulan üzü qanlı və toz içində olan uşağın fotosunu Suriya müxalifət qüvvələri yayıb.

Hələbdə həkim işləyən Osama Əbu Əl-Ezz 5 yaşlı oğlanın Omran Dagneesh olduğunu təsdiq edib.

Uşaq çərşənbə günü axşam saatlarında “M10” xəstəxanasına çatdırlıb və başından aldığı yaralardan müalicə alıb.

Uşaq üsyançıların nəzarət tdiyi Qaterci ərazisində həyata keçirilən hava hücumu zamanı yaralanıb.

“M10” hospitalının həkimi hücumlar zamanı 8 nəfərin öldüyünü deyib. Onlardan 5-i uşaqdır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG