Accessibility links

Əsəd hökumətinin yüksək rütbəli məmuru öldürülüb


Üsyançılar tez-tez hökumətə loyal adamları hədəf alırlar

Suriya müxalifət fəalları Dəməşq restorantlarından birində hökümət rəsmisinin qətlə yetirildiyini bildirirlər.

Ingiltərədə yerləşən Suriya İnsan Hüquqları təşkilatı deyir ki, silahli şəxs Məzzə ərazisinin bahalı restorantlarından birinə daxil olaraq Suriya Sosial Müdafiə Nazirliyinin ictimai əlaqələr üzrə rəhbəri Əli Ballanı öldürüb.

Suriyada son zamanlar yüksək rütbəli hökümət rəsmlərinə sui-qəsd halları artıb. Keçən ay Dəməşq məscidində bomba partlayışı nəticəsində hökümət tərəfdarı olan molla Məhəmməd əl Buti öldürülmüşdü.

Suriya İnsan Hüquqları təşkilatı bu arada xəbər verir ki, paytaxtın cənubunda hökümət qüvvələri ilə üsyançılar arasında döyüşlər davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG