Accessibility links

Nyu-York Tayms: Suriyaya silah ötürülməsində istifadə olunan əsas dəhliz İraqın hava məkanıdır


ABŞ qəzeti İraq üzərindəki hava dəhlizinin Suriya prezidenti Bəşar Əsədın təcrid olunmuş hökümətinə silah daşınmasında əsas təchizat yolu olduğu bildirilib.

Nyu-York Tayms qəzetində dərc olunmuş məqalədə İrandan Suriyaya gedən silah axınının Birləşmiş Ştatlar tərəfindən qarşısı alınma səyləri İraqın öz hava məkanından uçan təyyarələri yoxlamaq istəməməsinə görə dalana dirənib. Qəzet bu silahların raketlər, tank əleyhinə raketlər, raket və mina atandan ibarət olduğunu deyir.

ABŞ-ın adını açıqlamadığı rəsmisinə istinadən Obama administrasiyasının İraqın təyyarələri qeyri-ardıcıl olaraq yoxlamağa razı salmaq səylərinin “əsasən uğursuzluqla” nəticələndiyi deyilir.

Nyu-York Tayms qəzeti ABŞ kəşfiyyatının verdiyi xəbərlərdə İraq rəsmilərinin yoxlanış vaxtı haqqında Tehrana məlumat “ötürməsi” Birləşmiş Ştatları məyus edən səbəblərdən biri olduğunu bildirib.
XS
SM
MD
LG