Accessibility links

Paris: Miqrasiyanın iki üzü [Video]


Paris: Miqrasiyanın iki üzü
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Fransa İraq və Suriyadan 24 min qaçqını qəbul etməyə başladığı vaxt miqrantların uzun müddət üçün status ilə bağlı suallar yaranıb. Bu, Fransanın qəbul edəcəyi qaçqınların ilk qrupudur. Bu insanların çoxu küçələrdə yaşayır və Fransa hökuməti miqrantlara yaşayış yeri tapmaqda çətinlik çəkir.

Bu, Avropada miqrant böhranının başqa üzüdür.

Keçən həftə bu düşərgə də daxil olmaqla Paris rəsmiləri iki çadır düşərgəsini boşaldıb.

Sudandan olan 18 yaşlı Əhməd üçün Fransada özünə ev saydığı bu yerdən ayrılır. O burada oxumaq istəyir.

Əhməd: “Əgər biz məktəb tapsaq yaxşıdır. Tapmasaq bu artıq problemdir.”

Yüzlərlə miqrant tərk edilmiş bu orta məktəbdə yerləşib.

Əfqanıstandan gəlmiş Nəsurullah Daulatziya burada yerləşənə qədər aylardır küçələrdə yatırdı.

Nəsurullah Daulatziya: “Bura əladır, çox gözəldir. Küçədə yatmaqdan yaxşıdır. Mən xoşbəxtəm.”

Fransadan sığınacaq istəyən iraqlı və suriyalı mühacirlər fərqli davranışla qarşılaşıb.

Rəsmilər gələcək aylarda minlərlə miqranta yaşayış yeri tapmaqda çətinlik çəkirlər.

Fəal Herve Uzan deyir ki, orta məktəbə yerləşən miqrantların çoxu siyasi mühacirlərdir.

Herve Uzan: “Onlar suriyalılara kvota tətbiq edir. Çünki ölkə müharibə içindədir. Ancaq onlar heç vaxt sudanlıların və ya eritreyalılar üçün kvotaları haqda danışmırlar.”

Paris rəsmiləri deyirlər ki, onlar haminın problemini həll etməyə çalışır.

Matyu Viserat: “Paris şəhəri hamıya kömək etmək istəyir. Lakin prioritetlər var. Bunlar hər şəxsə və ailəyə görə dəyişir.”

Burada olanların vəziyyəti nəzərdən keçirildikdən sonra onlar müvəqqəti yaşayış yeri ilə təmin ediləcəklər. Əhməd kimi bir çoxlarının gələcəyi isə qeyri-müəyyən olaraq qalır.

XS
SM
MD
LG