Accessibility links

Suriyada İslam Dövləti qrupunun hədəflərinə qarşı hava hücumları keçirilib

Suriyada İslam Dövləti qrupunun Raqqada istinadgahı hava hücumlarına məruz qalıb. Hava hücumları16 mülki vətəndaşın ölümü ilə nəticələnib.

Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu mülki vətəndaşların İslam Dövləti qrupuna məxsus çörəkxanada öldüyünü bildirib.

Başqa hücumlar zamanı ekstremist qrupun təlim düşərgəsi və islam məhkəməsi kimi istifadə edilən hökumət binası hədəf alınıb.

Ölənlər arasında İslam Dövləti qrupunun döyüşçüləri də var.

Suriyanın şimal-şərqində yerləşən Raqqa şəhəri İslam Dövləti qrupunun əsas istinadgahıdır. Qrup qonşu İraqda da böyük ərazini ələ keçirib.

XS
SM
MD
LG