Accessibility links

Suriyada hava hücumları nəticəsində 30 nəfər həlak olub


Ölənlər arasında yaraqlılar və neftayrıma işçiləri olub

Suriya fəalları deyir ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava hücumları şimalı Suriyada neftayırma zavoduna atəş açıb və nəticədə 30 nəfər həlak olub.

Suriyadakı zorakılıqları müşahidə etmək üçün bir sıra mənbə şəbəkəsindən istifadən edən Britaniyada faəliyyət göstərən Suriya İnsan Haqları Müşahidə Mərkəzi neftayırma zavodunun İslam Dövləti qrupunun nəzarətində olduğunu və ölənlərin sırasına həm militantlar həm də işçilərin daxil olduğunu bildirib.

ABŞ Müdafiə departamentinin verdiyi məlumata görə, İslam Dövlətinin nəzarəti altında olan əraziləri geri qaytarmaq məqsədilə İraq hərbisini dəstəkləyən döyüş təyyarələri koalisiyası avqust ayından bəri İraq və Suriyada 2300-dən çox hava hücumu həyata keçirib.

BMT baş katibi Bank Ki-mun ötən bazar günü verdiyi açıqlamada şimali İraqda UNESCO Ümumdünya İrsi daxil olmaqla bir sıra mədəniyyət mərkəzlərinin məhv ediləsindən “qəzəbləndiyini” bildirib.

XS
SM
MD
LG