Accessibility links

İsrail Suriya ərazisinə hücum edib


Suriya dövlət mətbuatına istinadən İsrailin Suriyanın nəzarət etdiyi Qolan təpələrinə hava hücumları azı beş silahsız mülkü vətəndaşın ölümünə səbəb olub.

İsrail hava hücumlarının onun ərazisinə raket hücumlarını susdurmaq məqsədi daşıdığını bildirib. İsrail bildirib ki, ölənlər İslamçı Cihad yaraqlı qrupun fələstinli üzvləri olub.

Dron hücumları bu gün Kuneitra vilayətinin Əl-Kom kəndində avtomobili hədəf alıb.

Suriyada gedən müharibəyə nəzarət edən Britaniyada qərargahlanan Suriyada İnsan Haqlarını Müşahidə qrupu hücumları təsdiqləyib.

Mənbə ikisi Əsəd tərəfdarı döyüşçü olmaqla, beş nəfərin hücum zamanı həlak olduğunu təsdiqləyib.

İsrail hərbi rəsmiləri hava hücumlarının İsrailin Qaliley regionuna raket atan şəxsləri hədəf aldığını deyib.

XS
SM
MD
LG