Accessibility links

Suriya onu kimyəvi hücum törətməkdə ittiham edən hesabatı rədd edir


Suriya höküməti BMT-nin ekspertləri və kimyəvi silahlardan istifaəyə nəzarət edənlərin Suriyanı ötən yaz 90 nəfərin ölümünə səbəb olan sarin sinir qazı hücumu həyata keçirməkdə günahlandıran hesabatını qəti şəkildə rədd edib.

Şənbə verdiyi bəyanatda hökümət hesabatı ABŞ-ın Suriyaya daha çox təzyiq göstərmək təlimatının nəticəsi olduğunu deyib və onu “saxtakarlıq” adlandırıb.

“Bu və bundan öncəki hesabatlar həqiqətin təhrifidir”, deyə bəyanatda bildirilib.

Aprel ayında Suriyanın Xan Şeyxun şəhərində baş verən hücum bütün dünyada qəzəbə səbəb olub. Hücumdan bir neçə gün sonra ABŞ hücumun törədildiyini iddia etdiyi Şayrat hava bazasına hava hücumu edib.

Lakin təhqiqatçıların yeni hesabatında bildirilir ki, ekspertlər hücumun arxasında Dəməşqin dayandığından “əmindirlər”.

XS
SM
MD
LG