ABŞ rəsmilərinin əldə etdiyi məlumata görə, Suriya höküməti potensial kimyəvi hücum hazırlıqlarına başlayıb. Aprel ayında bənzər kimyəvi hücumdan sonra ABŞ höküməti Suriyaya hava hücumları ilə cavab vermişdi.
Ağ evin mətbuat katibi Şon Spayser bazar ertəsi verdiyi açıqlamasında prezident Bəşər Əsədə xəbərdarlıq edərək, Suriya höküməti bir daha kimyəvi silahdan istifadə edərsə, prezident və onun ordusunun bunun bədəlini ödəyəcəyini qeyd edib.
İddia olunan hazırlıqlar barədə hələlik təsdiq olunmuş məlumat və ya sübut mövcud deyil.
Aprel ayının 4-də müxalif qüvvələrin nəzarətində olan Şeyxuna şəhərinə hücum nəticəsində 80 nəfər insan həyatını itirmişdi. Fransa hökuməti tərəfindən edilmiş təhlilə əsasən, kimyəvi hücum zamanı heksamin adlanan stabilizatorla birlikdə sarin qazından istifadə edilib. Suriya hökumətinin 2013-cü ildəki kimyəvi hücumunda da eyni istehsal prosesindən istifadə edildiyi təsdiq edib.
Bəşər Əsəd Şeyxun şəhərinə olan hücumun məsuliyyətini öz ordusunu üzərinə götürməkdən imtina edib. O həmçinin qeyd edib ki, bu hadisə ABŞ-ın Suriyaya hərbi hücumuna haqq qazandırması üçün uydurma iddiadır.
ABŞ-ın hava hücumları zamanı Suriyanın kimyəvi silahların saxlandığına inanılan hava bazalarına zərbələr endirilib.