Accessibility links

Suriya kimyəvi silahdan istifadə etmədiyini bildirir


Suriya rəsmiləri 4 ildən çoxdur davam edən vətəndaş müharibəsi zamanı kimyəvi silahlardan istifadəni qətiyyətlə rədd ediblər.

Xarici işlər nazirinin müavini Feyzal Mekdad Kimyəvi Silahların Qarşısının Alınması Təşkilatına bildirib ki, Suriya qətiyyətlə hər hansı insident zamanı zəhərli kimyəvi silahlardan istifadə etməyib.

Suriya 2013-cü ildə quruma qoşularkən ölkənin sahib olduğu 1300 ton kimyəvi silahın 99 faizi artıq məhv edilib. Ancaq Avropa Birliyinin nümayəndəsi Haaqada keçirilən illik toplantıda Dəməşqi sərt tənqid edərək bildirib ki, Suriya kimyəvi silahların bəyanı zamanı boşluqlara və ziddiyətlərə yol verib.

Lüksemburq nümayəndəsi Cakek Bilika Suriya prezidenti Bəşar Əl-Əsəd administrasiyasının bütün başlıqlarını təhvil verməsinə dair inamsızlığını ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG