Accessibility links

Donald Tramp: Klintona qulaq assaq, III Dünya Müharibəsi ilə üzləşəcəyik


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp demokrat rəqibi Hillari Klintonun Suriya siyasətinin dünyada daha bir müharibəyə yol açacağını deyib.

"Biz diqqətimizi İŞİD üzərində mərkəzləşdirməliyik. Suriya deyil"- deyə Tramp Reuters-ə verdiyi müsahibə zamanı bildirib. O deyib ki, Klintona qulaq assaq, III Dünya Müharibəsi ilə üzləşəcəyik.

Suriya münaqişəsi 2011-ci ildə prezident Əsədə qarşı dinc nümayişlərlə başlayıb. Lakin son iki il ərzində İŞİD-ə qarşı mübarizə vəziyyəti çıxılmaz hala gətirib. Rusiya və İran Əsədi, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı rəqib qüvvələri dəstəkləyir.

Əsədin rolu

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Amerikanın İŞİD-lə mübarizəni hər bir yolla davam etdirəcəyini və Əsədin hakimiyyətdən getməsinin tərəfdarı olduğunu deyir. Bundan əlavə o, uçuşlara yasaq zona yaradılmasını təklif edir. ABŞ prezidenti Barak Obama Suriya və Rusiya ilə münaqişə yarada biləcək bu addımdan imtina edir.

Klintona qulaq assaq, III Dünya Müharibəsi ilə üzləşəcəyik

Tramp Reuters-ə bildirib ki, Əsədin Suriyanın gələcəyindəki rolu ikinci məsələdir. İlk öncə İŞİD-in məğlub edilməsinin vacibliyini önə çəkən Tramp Suriya liderinin bu gün 3 il əvvəllə müqayisədə daha güclü olduğunu bildirib.

Klintonun seçki kampaniyası Trampın Rusiya prezidentini dəstəkləməsini kəskin tənqid edib. Klintonun sözçüsü Cesse Lehriç deyib ki, Tramp İŞİD-lə mübarizə planlarını açıqlamaqdansa, Putinin dediklərini təkrarlamaqla amerikalıları qorxutmağa çalışır.

'Saxtalaşdırılmış' sorğular, media

Tramp artıq bir neçə həftədir ki, seçkilərin Klintonun xeyrinə saxtalaşdırılacağını iddia edir.

O, saxta rəy sorğuları keçirməklə onun Klintondan geridə olduğunu göstərdiyinə görə medianı tənqid edib.

"Bu partiyanın rəhbərliyi insanlarda qəzəbə səbəb olub. Əgər yuxarıdan dəstək əldə etsək, seçkiləri 100 faiz qazanmış olarıq. Amma hər halda qələbə bizimlədir” – deyə respublikaçı namizəd sözünə davam edib.

Trampın vəsait toplanışı kampaniyası seçkilərə qədər iki həftə ərzində namizədin yürüşlər və tərəfdarları ilə görüşlərinin xərcini özünün çəkəcəyini bəyan edib.

Beynəlxalq Tramp mehmanxanası

Donald Tramp Vaşiqnton şəhərinin əfsanəvi Pennsilvaniya prospektində yeni otelinin açılışında iştirak etməklə iddialarını bir daha ortaya qoyub.

Ağ Evdən bir neçə kvartallıq məsafədə yerləşən lüks mehmanxanasının açılış lentini kəsən Tramp kampaniyasını davam etdirməkdədir.

Onun Vaşington mahalında seçki kollegiyasının 3 səsini əldə edəcəyinə şübhə ilə yanaşan tənqidçilər respublikaçı namizədin paytaxta səfərini sual altına alıb.

Trampın yeni mehmanxanasının açılışı etiraz aksiyası ilə müşayiət edilib.

Hillari Klinton və Donald Tramp qələbə üçün seçki kollegiyasının 538 səsindən 270 səsini qazanmalıdır.

XS
SM
MD
LG