Accessibility links

Livanda Suriya ilə əlaqəli təriqətlərarası qarşıdurma zamanı 4 adam həlak olub


Livan rəsmiləri qonşu Suriya ilə əlaqəli təriqətlərarası qarşıdurma zamanı 4 adamın həlak olduğunu bildirir. Qarşıdurma Suriyanın rəqib döyüşçülərini dəstəkləyən sünnilərlə prezident Bəşar Əl-Əsədin şiə tərəfdarları arasında baş verib. Ötən həftədən bəri bu kimi atışmalar nəticəsində 13 adam öldürülüb.

Qarşıdurmalar Suriyanın hökumət qüvvələri tərəfindən rəqib döyüşçülərə qoşulmaq üçün sərhədləri keçən sünni livanlıların öldürülməsindən sonra baş qaldırıb. Hadisə Tripolidə gərginliklərin artmasına yol açıb.

Livan hökuməti qarşıdurmalara mane olunması üçün xüsusi təyinatlı qüvvələri paytaxta yerləşdirib. Son aylar baş verən bu kimi iğtişaşların Livanın Suriya münqişəsinə sürükləyəcəyindən ehtiyat edilir.

Bu gün Suriya öldürülənlərin cəsədlərini Livana qaytarıb.

Bu arada, Suriyanın İnsan Haqları Müşahidəsi qrupu Hələbdəki hərbi bazanın rəqib qüvvələrin nəzarətinə keçdiyini bildirib. Rəqib və hökumət qüvvələri arasında tələfat olub. Şeyx Süleyman bazasından 140 hökumət əsgərinin qaçdığı deyilir.

Amerika və Rusiya rəsmiləri isə BMT-nin Suriya üzrə nümayəndəsi Laxdar Brahimi ilə Cenevrədə görüş keçirib,münaqişənin həlli yollarını müzakirə edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG