Accessibility links

Con Kerri İŞİD-ın Liviyaya keçdiyini deyib


ABŞ dövlət katibi Con Kerri deyib ki, İŞİD qrupunu dəf etmək üçün göstərilən beynəlxalq səylər düzgün istiqamətdə irəliləyir. Lakin o, Liviya və İraqda sabitliyin bərqərar edilməsi əlavə səylərə ehtiyac olduğunu bildirib.

“Əgər biz daha yaxşı nə edə biləcəyimiz haqda da danışmasaq, bu görüş səmərəli olmayacaq. Çünki biz hələ də istədiyimiz qələbəni əldə etməmişik. Amma biz həm Suriya, həm də İraqda məqsədimizə çatacağıq. İŞİD-ın digər ölkələrə, əsasən də Liviyaya yayılmaq istədiyini görürük. Bu ölkələrdə onlar artıq fəaliyyət göstərən qruplara İŞİD adı verir və xilafətin böyüdüyünü iddia edir. Beləliklə bu həm fiziki, həm də kommunikasiya problemləri yaradır”- deyə Kerri bildirib.

Dövlət katibi 20 ölkə nazirinin iştirak etdiyi Roma görüşünün açılışında çıxış edib.

O, yaraqlıların neftlə zəngin Liviyada nəzarəti ələ almaq riskini vurğulayıb. Lakin deyib ki, vahid hökumətin yaradılmasına dair az da olsa razılığın əldə edilməsi bu ölkənin müqəddəratını həll etməyə və yaraqlıların qarşısını almağa kömək edəcək.

Kerri diqqəti Suriyada humanitar məsələyə çəkərək Suriyada hazırkı durumu İkinci Dünya Müharibəsindən bəri ən böyük fəlakət adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG