Accessibility links

Rəcəb Tayyib Ərdoğan: Suriyanın Manbij şəhəri kürdlərin YPG qrupundan azad ediləcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Manbij şəhərini küdrlərin YPG qrupundan azad ediləcəyini və şəhərin nəzarətinin yerli ərəblərə veriləcəyini bəyan edib.

Ankara bu qrupu Türkiyə hökuməti ilə müstəqillik uğrunda mübarizə aparan, ABŞ və beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan PKK ilə əlaqədə günahlandırır.

Manbijə qarşı hər bir əməliyyat Ankara ilə Vaşinqtonu qarşıdurma trayektoriyasına çıxara bilər.

Siyasi təhlilçi Semih İdizin dediyinə görə, bu,Türkiyəni Amerikanın dəstəklədiyi qüvvələr qarşısına çıxaracaq.

“İŞİD hazırda Amerikaya böyük hədə olsa da, Türkiyənin əməliyyatı ABŞ-Türkiyə münasibətlərində fəlakət ola bilər”- deyə təhlilçi qeyd edib.

Suriya kürdlərinin bu təşkilatı İŞİD-in partaxt elan etdiyi Rəqqada Amerikanın dəstəklədiyi SDF koalisyasının tərkib hissəsidir.

Təhlilçilər Manbijə qarşı hər bir hücumun oradakı əməliyyatları pozacağını deyir.

Ərdoğan Vaşinqtonu Manbijin İslam Dövlətindən sonra kürdlərdən təmizlənməsi vədinə əməl etməməkdə günahlandırır.

YPG isə şəhəri tərk və hazırda Manbiji yerli əhalinin müdafiə etdiyində israr edir.

XS
SM
MD
LG