Accessibility links

İslam Dövləti Suriyada qədim xristian monastırını dağıdıb


Suriya fəallarının bildirdiyinə görə, İslam Dövləti yaraqlıları qədim xristian monastırını dağıdıb.

Sosial mediada Homs vilayətinin Qaryatain şəhəri yaxınlığında Müqəddəs Elian monatırının buldozerlərlə dağıdılan şəkilləri yayılıb. Bu bölgə ötən ay yaraqlıların əlinə keçib.

Hadisədən sonra yerli xriatianlar evlərini tərk etməyə başlayıb. İŞİD yaraqlıları aralarında xristianlar da olmaqla şəhərin 230-a yaxın sakinini girov götürüb.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, İŞİD 48 adamı azad edib, 110 nəfəri isə Raqqa şəhərinə göndərib.

Suriya və İraqın bir sıra ərazilərini ələ keçirən qrup dini və arxeoloji təsatları dağıdır.

Bu ilin əvvəlində yaraqlılar UNESKO-nun Mədəni İrs Nümunələri siyahısında yer alan 2000 yaşlı Palmira şəhərində qədim abidələri məhv edib.

XS
SM
MD
LG