Accessibility links

Suriyanın vətəndaş müharibəsindən 10 il ötür


Suriyanın vətəndaş müharibəsindən 10 il ötür
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Martın 15-də Suriyada vətəndaş müharibəsinin başlamasından on il keçib və ölkənin bir çox yerində Prezident Bəşər Əsəd hökuməti qalib gəlib. Ancaq bəziləri müxalifətin son istehkamı olan İdlibdə dörd milyon insanın müharibənin başa çatmasından çox uzaq olduğunu deyir.

On il davam edən qarşıdurma Suriyada yüz minlərlə insanın ölümünə, milyonlarla insanın didərgin düşməsinə və saysız-hesabsız həyatın məhvinə səbəb olub.

Prezident Bəşar Əsəd sona çatan müharibədə qələbə elan edib. Digərləri isə hökumət qüvvələrinin Suriyanın şimal-qərbindəki İdlib və ətraf bölgələrə nəzarət edən müxalifət qrupları ilə ara-sıra mübarizə apardığı üçün müharibənin “dondurulduğunu” deyir.

Suriyanın 17,5 milyon əhalisinin təxminən 4 milyonu bu bölgədə yaşayır. İdlib şəhərində Əsəd hökumətinə qarşı etirazlar hər həftə keçirilir. Etirazçılar inqilablarının davam etdiyini deyir.

"Biz 2011-ci ildə istədiyimizi hələ də tələb edirik. Rejimin rəhbəri və təhlükəsizlik qüvvələri gedənə qədər evə getməyəcəyik. Evlərimizdən məcburu çıxarılsaq belə”- deyə, Ənvər Əlyusif bildirib.

İdlib bölgəsində bir çoxları Əsəd hökuməti altında heç vaxt təhlükəsiz yaşaya bilməyəcəklərini deyir. Bölgənin çox hissəsi Həyat Təhrir Əl-Şam tərəfindən idarə olunur.

Qrup özünü suriyalı millətçi müxalifət qruplarının birliyi kimi qələmə verir. Əl-Şam əvvəllər Əl-Qaidə ilə əlaqəsi olduğu üçün ABŞ və digər ölkələr tərəfindən terror təşkilatları siyahısına salınıb. Qrupun məqsədi Əsəd və beynəlxalq müttəfiqlərini Suriyadan qovmaqdır.

“Biz inqilabıq və cinayətkar dəstələri qovmaq istəyirik. Əsəd ordusunun, İran döyüşçüləri və rus işğalçılarının Suriyadan çıxmasını istəyirik” - deyə, qrupun spzçüsü Əbu Xalid Əlşamı bildirib.

Türkiyə də bölgədəki digər üsyançı qrupları açıq şəkildə dəstəkləməklə Suriyada rol oynayır. Analitiklərin fikrincə, gələcəkdə ortaya çıxacaq hər bir siyasi və ya hərbi nəticə Türkiyənin müxalifət adından və Əsədi dəstəkləyən Rusiya ilə İranın əməllərindən asılı olacaq.

Hazırda milyonlarla insanın Türkiyə sərhədinə qaça biləcəyinə görə genişmiqyaslı müharibə ehtimalı çox deyil.

Türkiyə onsuz da 3,5 milyon suriyalı qaçqına ev sahibliyi edir.

Təhlilçilərin fikrincə, Türkiyə sərhədlərini yenidən açmaq əvəzinə Əsəd və onun müttəfiqləri ilə mübarizə aparacaq.

Ancaq İdlib sakinləri milyonlarla ac və evsiz insanlarla status-kvonun davamlı olmayacağını deyir.

“Hər şeyi itirmişik. Hər şeyi. İqtisadiyyatımız, təhsilimiz və ədalət sistemimiz məhv edilib” - deyə, İdlib sakini Şadi Şoayb bildirib.

Şoayb on il əvvəl qiyamın azadlıq və ədalət xəyalları ilə əlaqəli olduğunu düşünürdü, ancaq bu gün deyir:

"Ətrafa baxsanız, insanlar əziyyətdən ruhlarını itirmiş kimi görünür."

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG