Suriyanın aparıcı müxalifət qruplarının sülh danışıqlarında vasitəçisi BMT-nin dəstəklədiyi sülh səylərinin ölkədə uzun zamandır davam edən vətəndaş müharibəsinə siyasi həll tapılmadığı üçün vəzifəsindən istefa verib.
Bazar günü yaydığı bəyanatda Məhəmməd Aluş qərarının Rusiya hava qüvvələrinin dəstəyi ilə prezident Bəşər Əl-Əsədi hakimiyyətdə saxlamağa çalışan hökümət qüvvələrinin zorakılılqlarının davam etməsilə ilə əlaqədar olduğunu bildirib.
Ceyş Əl-İslam üsyançı qrupunun yüksək səviyyəli üzvü olan Aluş “Əsəd rejiminin inadkarlığı və Suriya xalqına qarşına təcavüzkarlıqların və bombardmanların davam etdirilməsini” vurğulayıb.
BMT Aluşun qərarı ilə bağlı şərh verməyib.
Ceneverədə aprel ayında iki həftə davam edən danışıqlar Suriya sərhədində döyüşlər yenidən başladığı üçün heç bir razılıq əldə olunmadan başa çatıb.
May ayının sonuna planlaşdırlan danışıqların üçüncü raundu da nəticəsiz olub. Ötən həftə BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura bildirib ki, tərəflər minlərlə çarəsiz suriyalıya humanitar yardımın çatdırılması üçün atəşkəslə bağlı razılıq əldə etməyənə növbəti danışıqlar üçün tarix müəyyən edilməyəcək.
Beş ildir davam edən vətəndaş müharibəsi 300 min insanın ölümünə, milyonlarla insanın isə evlərindən didərgin düşməsinə səbəb olub.