Accessibility links

Suriya müxalifəti sülh danışıqlarında iştirak etmək üçün Cenevrəyə yollanıb


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Cenevrədə danışıqların açılışı zamanı
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Cenevrədə danışıqların açılışı zamanı

Suriyanın aparıcı müxalifət qrupunu təmsil edən nümayəndə heyəti sülh danışıqlarında iştirak etmək üçün şənbə günü Cenevrəyə yola düşüb.

Səudiyyə Ərəbistanının dəstəklədiyi Yüksək Müzakirələr Komitəsinin üzvlərinin Suriyada müharibəyə son qoymaq məqsədilə keçirilən danışıqlarda birbaşa iştirak etmək qərarı verib-verməyəcəyi aydın deyil.

BMT rəsmiləri Yüksək səviyyədə Müzakirələr Komitəsinin boykotuna baxmayaraq, cümə günü İsveçrədə danışıqlara start verib.

Müzakirələr BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura və Suriyanın BMT-dəki səfiri Bəşar Cəfərinin başçılıq etdiyi hökumət nümayəndə heyəti arasında görüşlə başlayıb.

Görüşdən sonra Steffan de Mistura Yüksək səviyyədə Müzakirələr Komitəsi ilə görüşə biləcəyinə ümid bəslədiyini deyib.

"Onların bunu ciddi qəbul etdiyinə və çox güman bazar günü onlarla Suriya daxili danışıqları keçirmək məqsədilə müzakirələrə başlaya biləcəyimizə inanmaq üçün yaxşı əsaslar var"-deyə o bildirib.

Yüksək Müzakirələr Komitəsi Suriya hökuməti və Rusiynın mülki əhaliyə qarşı hava hücumlarının dayandırılması və onların nəzarət etdiyi ərazilərin mühasirəsinin aradan qaldırılması haqda tələbləri yerinə yetirilmədikdən sonra danışıqlara qatılmayacağını bildirmişdi.

Qrup cümə günü "qarantiyalar" verildikdən sora danışıqlara nümayəndə heyəti göndərəcəyini deyib.

ABŞ Dövlət katibi Con Kerri verdiyi bəyanatda "Birləşmiş Ştatların Suriya müxalifətinin Yüksək Müzakirələr Komitəsi tərəfindən danışıqlarda iştirak etmək kimi mühüm qərar verməsini alqışladığını" bildirib.
Danışıqlar 2014-cü lidə müzakirələrdə nəticə əldə edilməyəndən sonra sülhün əldə edilməsinə ilk cəhddir.

XS
SM
MD
LG