Accessibility links

Suriya müxalifəti daha geniş aksiyalara çağırır


Suriya müxalifəti daha geniş aksiyalara çağırır
Suriya müxalifəti daha geniş aksiyalara çağırır

Suriya müxalifəti bu gün hökumət əleyhinə etiraz aksiyalarının genişləndirilməsinə çağırıb.

Nümayişçilər hökuməti mülki vətəndaşlara qarşı 10 aydır davam edən zorakılıqlara son qoymaq üçün Ərəb Liqası qarşısında götürdüyü öhdəliklərə əməl etməyə səsləyib.

Ərəb Liqasının missiyası bazar gününədək Suriyada qalacaq. Həmin gün isə ərəb ölkələrinin xarici işlər nazirləri vəziyyəti nəzərdən keçirəcəklər. Bundan sonra Sudan nümayəndə heyətinin rəhbərliyi ilə nazirlər Suriyadakı 165 müşahidəçini əlavə ay da saxlayıb-saxlamamaq barədə qərar verəcək.

Human Rights Watch- bu gün Ərəb Liqasını Suriyadakı vəziyyət barədə hesabatı ictimaiyyətə açıqlamağa çağırıb. Qrup açıqlamasında bildirib ki, onlar Suriyada təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı hər gün zorakılıqlar etməsini qeydə alıblar. Təşkilat habelə müşahidəçilərin işinə Suriya hökumətinin maneələr törətməsi göstərən sübutunun olduğunu bildirib.

XS
SM
MD
LG