Accessibility links

Suriya ordusu 14 kəndin nəzarətini ələ keçirib


Suriya hökumət qüvvələri bazar ertəsi günü ölkənin şimal bölgəsində üsyançıların nəzarətində olan anklavda irəliləməyə davam edərək, 14 kəndin nəzarətini ələ keçirib.

Hökumət qüvvələri və onların müttəfiqləri keçən ilin oktyabr ayından başlayaraq, Həma və İdlib vilayətlərində hücumları intensivləşdirib. Ordu Əl-Qaidə ilə əlaqəsi olan Levant Azadlıq Komitəsinin nəzarətində olan 100-dən çox kəndin nəzarətini ələ alıb. Hücumlar Suriyanın ayrı-ayrı hissələrindən Milad bayramı günü kömək gətirildikdən sonra intensivləşdirilib.

Hökumət qüvvələrinin əsas məqsədi üsyançıların nəzarətində olan Əbu Zuhur hərbi hava bazasını ələ keçirmək və paytaxt Dəməşqi şimalda Suriyanın ən böyük şəhəri olan Hələblə bağlayan şosse yolunun nəzarətini təmin etməkdən ibarətdir. Üsyançılar Əbu Zuhur bazasını üç il ərzində keçirilən hücumlardan sonra 2015-ci ildə ələ keçirmişdi.

Hökumətin nəzarət etdiyi Suriyanın Mərkəzi Hərbi Mediası və Britaniyada mənzillənən müxalif Suriya İnsan Haqlarını Müşahidə qrupu son saatlarda 14 kəndin nəzarətinin ələ keçirildiyini təsdiq edib.

İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, İdlib vilayətinin cənubunda bazar günü intensiv raket və artilleriya hücumları ilə müşayiət olan əməliyyat zamanı 21 nəfər həyatını itirib.

Toqquşmalar həmçinin Dəməşqin Harasta məhəlləsi yaxınlığında da baş verib. Hökumət qüvvələri burada üsyançıların nəzarətində olan hərbi bazada mühasirədə qalmışdı.

Dövlət mediası Suriya ordusunun Harasta yaxınlığındakı bazada ilişib qalmış əsgərlərə çatmaq üçün üyançıların xəttini yarıb keçdiyi haqda məlumat verib.

Üsyançılar bazanı keçən ay mühasirəyə alaraq, içəridə naməlum sayda əsgəri tutub saxlayırdı. Onlar çox sayda əsgəri girov götürdüklərini elan etmişdi.

Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, dekabrın 29-dan başlayaraq bazanın ələ keçirilməsi məqsədilə gedən döyüşlər nəticəsində 159 üsyançı və hökumət ordusunun əsgəri öldürülüb.



Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG