Accessibility links

Suriya ordusu Dəməşqdə üsyançıların sonuncu istinadgahını bombalayır


Suriya ordusu paytaxt Dəməşqdə üsyançıların sonuncu istinadgahını raket və artilleriya atəşinə tutub. Üsyançılar və şahidlərin bildirdiyinə görə, bu, iki ay bundan əvvəl başlamış hərbi kampaniya dövrü ən güclü bombardmanlardır.

Suriya hərbi qüvvələrinin elit dəstələri Dəməşqin Qasyun yüksəklikləri adlanan hissəsindən üsyançıların istinadgahı olan Cobar məhəlləsinə zərbələr endirib.

Bu hücumlarla Dəməşqin şərqindəki Quta ərazisində Rusiyanın sponsorluğu ilə iki həftə bundan əvvəl elan edilmiş atəşkəs pozulub.

Mülki müdafiə mənbələrinə əsasən, üç gün sürən bombardmanlar nəticəsində çox sayda yaralanan var. On mülki vətəndaşın öldüyü bildirilir. Qutadan şərqdəki bölgələr də intensiv artilleriya atəşinə tutulub.

Hərbi kampaniya uğurlu olsa, bu, ordunun Qutanın şərqindəki ərazinin nəzarətini qaytarmasına imkan verə bilər. Bu ərazi altı ildən artıqdır sürən münaqişə zamanı əsas etibarilə üsyançıların nəzarətində olub.

Üsyançıların bildirdiyinə görə, Suriya ordusu eyni zamanda, qaz balonları və çəlləklərdən istifadə edilməklə düzəldmiş “raketlər”dən istifadə edir.

Üsyançılar Suriya ordusu və onun İranın dəstəklədiyi müttəfiqlərinin Rusiyanın vasitəçiliyi ilə Şərqi Qutada əldə edilmiş atəşkəsi pozmaqda ittiham edir.

XS
SM
MD
LG