Accessibility links

Suriyada ilkin panika lovğalanma ilə əvəzlənir


ABŞ hərbi rəsmilərinin Rusiyaya qarşıdan gələn raket hücumu haqda verdiyi xəbərdarlıq cəld olaraq Moskvanın suriyalı həmkarları ilə paylaşıldı.

Əl-Şayrat hava bazasının hücuma məruz qalacaq yeganə hədəf olmayacağından ethiyat edən çoxlu Suriya dövlət işçisi ailələri ilə birlikdə paytaxt Dəməşqi tərk etməyə başladılar.

Suriya rəhbərliyi və Suriya siyasəti dəyişməyəcək.
Talal Barazi, Homs qubernatoru

Amerikanın Səsinə danışan suriyalı biznesmen bildirib ki, yerli elitanın hücuma reaksiyası 2013-cü ilin avqustundakına oxşar idi. Həmin vaxt Əsəd loyalistləri ABŞ prezidenti Barak Obamanın hökumət hədəflərinə qarşı hava zərbələrinə göstəriş verəcəyini gözləyirdi.

O vaxt Əsəd hökuməti Dəməşqin civarında üsyançılara qarşı sarin qazından istifadə etmişdi.

Kruiz hücumlarının ardınca gün çıxarkən isə Suriyada panika əhval ruhiyyəsi lovğalanma ilə əvəzlənməyə başladı.

Suriya İnformasiya Naziri Ramiz Turcman hava zərbələrinin vaxt və məkan baxımdan məhdud olduğunu bildirib.

ABŞ kruiz zərbələri kimyəvi hücumun qaynaqlandığı güman edilən Əl-Şayrat hava bazasını hədəf alıb.
ABŞ kruiz zərbələri kimyəvi hücumun qaynaqlandığı güman edilən Əl-Şayrat hava bazasını hədəf alıb.

Dövlət mediası yaydığı qısa bəyanatda ABŞ-ın “təcavüz” aktında günahlandıraraq “itkilərin” olduğunu bildirib.

Homs vilayətinin qubernatoru Talal Barazi dövlət televiziyasına müsahibədə ABŞ zərbələrinin Suriya hökumətinin siyasətinə təsir göstərməyəcəyini bildirib.

“Suriya rəhbərliyi və Suriya siyasəti dəyişməyəcək,” o, bəyan edib.

Birləşmiş Ştatlar Suriya hökumət hədəflərinə qarşı qanadlı raketlərlə zərbələr endirib. ABŞ-ın hərbi addımları Bəşar əl-Əsəd hökumətinin mülki əhaliyə qarşı kimyəvi silah hücumundan sonraya təsadüf edir.

Prezident Donald Trampın əmrinə əsasən ABŞ hərbi gəmiləri cümə axşamı 59 Tomahavk raketi ilə Suriyaya zərbələr endiriblər.

Hərbi rəsmilər Amerikanın Səsinə bildiriblər ki, raketlər ABŞ-ın USS PorterUSS Ross hərbi gəmilərindən atılıb. Hər iki eskadrilya minadaşıyan gəmisi Aralıq dənizində yerləşdirilib.

ABŞ-ın bu həmləsi Suriya hökumətini hədəf alan ilk hücumdur.

XS
SM
MD
LG