Accessibility links

Suriya münaqişəsi 2 milyondan artıq insanı didərgin salıb


Suriya qaçqınlarının sağlamlıq problemləri
please wait

No media source currently available

0:00 0:01:57 0:00
Bu düşərgədə Suriya münaqişəsinə görə evlərini itirən 10 min insan sığınacaq tapıb. Həkimlər gecələr temperaturun sıfırdan aşağı olan çadır düşərgəsində uşaqlar arasında geniş yayılan tənəffüs orqanlarının xəstəlikləri ilə mübarizə aparır.

Bir çoxları eşitmə və görmə qabiliyyətini itirib, təngənəfəslikdən iztirab çəkir. Yüksək qan təzyiqi, ürək xəstəliyi, xərçəngi olan insanlar dərmansız qalıb. Gözləri qarşısında valideynləri, ailə üzvləri öldürülən uşaqların çoxu psixoloji travmalar yaşayır.

Suriya yoxsullarının ən yoxsul təbəqəsi olan bu insanların səhhətləri ilə bağlı maarifləndirmə ilə yanaşı corab, ayaqqabı, ədyal və isitmə cihazlarına böyük ehtiyacı var.
XS
SM
MD
LG