Accessibility links

Macarıstandan keçidin asanlaşması ilə qaçqınların sayının artacağı gözlənilir [Video]


Macarıstandan keçidin asanlaşması ilə qaçqınların sayının artacağı gözlənilir
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Macarıstandan keçidin asanlaşması ilə qaçqınların sayının artacağı gözlənilir

Yüzlərlə qaçqın Macarıstan höküməti qadağaları yüngülləşdirdikdən sonra Avstriya sərhədini keçib

Yüzlərlə qaçqın Macarıstan höküməti qadağaları yüngülləşdirdikdən sonra Avstriya sərhədini keçib. Yardım işçiləri və Avstriya rəsmiləri gələn günlər ərzində qaçqın axınının artacağını gözləyir, cünki artıq yolun asanlaşdığı xəbərləri başqalarına da çatdırırlır.

Hazırda biz insanların qayğılarına qalmalıyıq, onlara yemək, içmək, sığınacaq verməliyik və buradan keçmələrinə icazə verməliyik

Qaçqınlarla dolu qatar Avstriya paytaxtının Vestbanholf vağzalına gəldiyində alqışlarla qarşılanıb.

Bu cür qarşılanma tələbə Əbdülməlik Əl Xalidə təsəlli verir. O, Suriyadan qaçıb, günlərlə Macarıstanlda qalıb və orada xoş qarşılanmadığını və istənilmədiyini hiss edib.

“Təhsilimi davam etdirə bilməsəm burada qalmaq istəyərəm. Amma təhsilimi davam etdirmək üçün Almaniya buradan daha yaxşı ola bilər. Ancaq fikrimcə, elə bura yaxşıdır. Baxın, burda hər kəsi qəbul edirlər.”

Avstriyalı könüllülər qaçqınlara çay və siqaret təklif edib.

Avropanın hər yerində qaçqın axınının qitənin simasını dəyişə biləcəyinə dair narahatlıqlar mövcuddur.

Konfet paylayan bu könüllü isə hazırda daha böyük problemlərin olduğunu deyir.

Yunanıstanın Lesbos adasında könüllülər Suriya qaçqınına yardım edirlər. 7 sentyabr 2015.
Yunanıstanın Lesbos adasında könüllülər Suriya qaçqınına yardım edirlər. 7 sentyabr 2015.

“Böyük mənəzərə haqda bir şey deyə bilmərəm, amma hazırda biz insanların qayğılarına qalmalıyıq, onlara yemək, içmək, sığınacaq verməliyik və buradan keçmələrinə icazə verməliyik.”

Avstriya rəsmiləri bu keçidin sürətli və səmərəli olması üçün əllərindən gələni edir və qaçqınları birbaşa Almaniyaya istiqamət götürən qatarlara köçürür.

Gözləmə zalında Əbdülməlik və onun qohumları telefonların batareyalarını doldurur. Onun azı bir qohumu hələ də Makedoniyada yola düşməsini gözləyir. Telefonunun batareyası dolduqdan sonra o, Macarıstandan Avstriyaya keçdiyi xəbərini verir.

“O, bura gələndə mən ona deyəcəm ki, bura başqa ölkələrdən yaxşıdır. Mən bunu ona deyəcəm.”

Macarıstandakı əziyyətlərdən sonra Almaniyaya yola düşən minlərlə qaçqın üçün Avstriyadan yol artıq rahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG