30 yardım və insan haqları təşkilatından ibarət qrup beynəlxalq ictimaiyyəti döyüşlər səbəbilə evlərindən didərgin düşmüş 180 min suriyalını sığınacaqla təmin etməyə çağırıb.
BMT-nin qaçqınlar üzrə komitəsi sayı 3.2 milyonu keçmiş Suriya qaçqınlarını yeni sığınacaqla təmin etmək üçün sabah Cenevrədə konfrans keçirəcək.
Görüşdən əvvəl yardım qrupları bildirib ki, ölkələr beş faiz qaçqını sığınacaqla təmin etməyə razılaşmalıdır. Rəqəmin əvvəlki 2 faizdən artıq olması tək qaçqınlar deyil, həm də artmaqda davam edən qaçqınları yerləşdirməyə vadar olan qonşu ölkələrə yardım məqsədi daşıyır.
Qruplar "Amnesty International", İslam Yardımı, Oksfam və "Save the Children"-dan ibarətdir.
Qruplar əsasən körfəz regionlarının və Latın Amerikası ölkələrinin hökumətlərini yardım göstərməyə çağırır.
Qaçqınlar 2011-ci ilin mart ayında sülhməramlı nümayişlərlə başlamış, lakin az sonra vətəndaş müharibəsinə çevrilərək 200 min insanın ölümünə səbəb olmuş münaqişə nəticəsində ölkələrindən didərgin düşüb.
BMT-nin hesabatına görə Suriyada döyüşlər nəticəsində əlavə 6.5 milyon insan evlərini qoyub qaçmalı olub.