Accessibility links

Suriya prezidenti Şərqi Qutada hərbi əməliyyatların davam edəcəyini deyib [Video]


Suriya prezidenti Şərqi Qutada hərbi əməliyyatların davam edəcəyini deyib
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Birləşmiş Ştatlar və Qərb liderlərinin tənqidlərinə baxmayaraq, Suriya prezidenti Bəşar Əl-Əsəd Şərqi Qutadakı üsyançılara qarşı hərbi əməliyyatları davam edəcəyinə söz verib. Bu döyüşlər son iki həftədə 600-dən çox mülki vətəndaşın ölümünə səbəb olub.

Əbu Məhəmməd Əlayə böyük oğlunun cəsədini axtarır. Suriyanın üsyançıların nəzarətindəki Qutanın şərq bölgəsinin bombarmdmanı zamanı onun evinin dağılmasından bir həftədən çox vaxt keçir. Əbu Məhəmmədin burada oğlu, qardaşı, qardaşı arvadı və qardaşının 9 yaşlı qızı ölüb. “Mən onun ölən dostlarının hamısını dəfn etdim. İndi arzum onun cəsədini tapıb, onların yanında dəfn etməkdir” deyə. Əbu Məhəmməd Əlayə bildirir.

Son iki həftədə Suriya ordusunun Qutanın şərqini geri almaq üçün etdiyi hücumlar yüzlərlə insanın ölümünə səbəb olub. Suriya prezidenti Bəşar Əl-Əsəd hərbi əməliyyatların davam edəcəyini deyir. “Biz Şərqi Qutada terrorçuların nəzarətindən çıxmaq və dövlətin nəzarətinə keçmək istəyən çox sayda insanın olduğunu düşünürük. O zaman hətta bir insanın belə terrorçuların nəzarətindən çıxıb, hökumətin tərəfinə keçə bilməsinə imkan yaradılması üçün orada atəşkəs olmalıdır.”

Hücumlar 15 gün davam edən döyüşlər və hava zərbələrinin ardınca edilir. Minlərlə insan xilas olmaq üçün tunellərdə və zirzəmilərdə gizlənib. “Biz acıq, uşaqlarımız süd istəyir, onlara paltar, ərzaq lazımdır. Biz çirkin içərisində, dağıntılar arasında yaşayırıq. Biz küçə itlərindən də pis yaşayırıq. Allah xatirinə, bizə, Quta xalqına mərhəmət edin” deyir zirzəmidə gizlənən qadın.

Suriya hökuməti BMT Təhlükəsizlik Şurasının ölkə boyu 30 günlük atəşkəs tələbinə məhəl qoymayıb. Rusiyanın təşəbbüsü ilə tətbiq edilmiş 5 saatlıq “humanitar fasilə”nin də az təsiri olub. Dövlət Departamentinin sözçüsü Heter Nourt: “Bu atəşkəs aydındır ki, işləmir. Rusiya humanitar koridorlar açılması kimi gülməli bir təkliflə çıxış edib. Rusiyanın sadəcə BMT-nin təklifi ilə razılaşması və ölkə boyu atəşkəsə səs verməsi lazımdır.”

Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Britaniya lideri Teresa Mey telefon söhbəti zamanı Şərqi Qutada “insanların ürəkağrıdıcı əzablarına” görə Rusiya və Suriyanın məsuliyyət daşıdığını deyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG