Accessibility links

Suriya paytaxtının yaşayış bölgəsinə hücum edilib


Suriyanın paytaxtında hökumət qüvvələrinin hücumu nəticəsində 23 mülki vətəndaş öldürülüb.

Qırıcı təyyarələr və artilleriya hücumları Dəməşq yaxınlığındakı Quta bölgəsinin yaşayış ərazisini hədəf alıb.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu isə 25 nəfərin həlak olduğunu bildirib.

Xilasedici dəstələr bölgədən cəsədlər və yaralılari toplayıb.

Qutanın müxalif döyüşçüləri artıq 7 ildir hökumətə qarşı mübarizə aparır.

BMT-nin təxminlərinə görə, Suriyanın vətəndaş müharibəsi səbəbi ilə Qutanda 350 min insanın təcili humanitar yardıma ehtiyacı var.

Cari ayın əvvəlində yaraqlılar bölgədəki silah anbarını ələ keçirib.

Eyni zamanda İŞİD-in nəzarəti altında olan kəndə qarşı hücum həyata keçirilib. Nəticədə 10 adam həyatını itirib.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupu isə Rusiyanın hava zərbələri nəticəsində 34 mülki vətəndaşın öldürüldüyünü bildirib. Ölənlərin dəqiq sayı təsdiq edilməyib.

BMT noyabrın 28-də Suriya hökuməti və müxalifət arasında müzakirələrin bərpasına çalışır. Suriya hökuməti görüşdə iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlamayıb.

Suriyanın XİN isə hökumətin gələn ay Soçi görüşünə qatılacağını bəyan edib.

Suriyada vətəndaş müharibəsi 400 mindən çox adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG