Accessibility links

Suriya ordusunun hava hücumları nəticəsində 100-dən çox mülki şəxsin öldüyü bildirilir


Suriya ordusunun Dəməşq şəhərkənarında bazar günündən etibarən həyata keçirdiyi hava hücumları təxminən 100 nəfərin ölümünə və 500-ə yaxın insanın yaralanmasına səbəb olub. Bu barədə Suriyada fəaliyyət göstərən monitorinq qrupu məlumat verib.

Suriya İnsan Hüquqları Müşahidəsi təşkilatı deyir ki, şərqi Quta ərazisində qurbanlar arasında uşaqlar da daxil olmaqla çoxlu sayda mülki əhali var.

Suriya ordusu şərqi Qutanın geri almaq məqsədilə geniş miqyaslı əməliyyata başlayıb. Bura Dəməşq ətrafında Əsəd hökümətini devirməyə çalışan üsyançılar və islamçı militantlar nəzarəti altında olan sonuncu yerlərdən biridir.

Müşahidə qrupu deyir ki, hava hücumunun məqsədi quru əməliyyatları üçün yolun təmizlənməsi idi.

Şərqi Qutada döyüşlər Rusiya, Türkiyə və Suriya ilə danışıqlar nəticəsində əldə edilən atəşkəs çərçivəsində dayandırılmalı idi.

Buna baxmayaraq, BMT rəsmisi Panos Mumtzisin sözləri ilə deyilsə, ərazidə “döyüşlər daha da artıb.”

Sakinlər və humanitar işçiləri deyir ki, əraziyə qida və hər hansı yardın çatdırmaq mümkün deyil.

XS
SM
MD
LG