Accessibility links

Suriya qüvvələri Hələb ətraflında döyüşlərə başlayıb


Müşahidə qrupunun məlumatına görə, Suriya qoşunları Hizbulla və İran döyüşçülərinin müşayiəti ilə Hələb şəhərinə nəzarəti yaraqlılar və cihadçı döyüşçülərdən geri almaq istiqamərində xeyli irəliləyişə nail olublar.

Ordunun başlatdığı Hələbətrafı kampaniya sentyabrın 30-da Rusiyanın prezident Bəşar Əl-Əsədə dəstək üçün başlatdığı hava hücumlarından bəri üsyançı döyüşçülərə qarşı həyata keçirilən bir neçə hücumdan biridir.

Kampaniya hazırda üsyançıları şəhərin özündən deyil, ətraf bölgələrindən təmizləmək xarakteri daşıyır. İki milyon əhalisi olan şəhər isə hökumət qüvvələri ilə yaraqlılar arasında bölünüb.

Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, ordu b\və onun müttəfiqləri şiddətli döyüşlər nəticəsində 3 kəndi ələ keçirə bilib. Döyüşlər nəticəsində 17 islamçı yaraqlı və 8 əsgər həlak olub.

XS
SM
MD
LG