Accessibility links

Suriya sülh danışıqlarından öncə bölgədə döyüşlər davam edir [Video]


Suriya sülh danışıqlarından öncə bölgədə döyüşlər davam edir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Diplomatlar çərşənbə günü Cenevrədə Suriyada sülhün bərpa olması üçün danışıqların yeni raunduna başlayacaq. Suriyanın özündə isə hökumət qüvvələri və onların müttəfiqləri ilə müxalifət qüvvələri arasında Hələb şəhərində döyüşlər gedir. Hökumətin hava qüvvələri üsyançıların nəzarətində olduğu Homs vilayətinə hücumlar həyata keçirib.

Rusiya hava qüvvələrinin dəstəyilə Suriya ordusu üsyançıların nəzarətində olduğu Hələb şəhərinə hücuma keçib. Fevral ayının 27-də tərəflər arasında barışığın əldə olunmasına baxmayaraq döyüşlər səngimir. Hər iki tərəf barışığı pozmaqda bir-birini günahlandırır.

Birləşmiş Ştatlar tərəfləri səyləri terrorçu qruplara qarşı yönəltməyə çağırıb.

Mark Toner: “ABŞ dövlət katibi Con Kerri məsələ ilə bağlı narahatlığını Rusiyanın xarici işlər naziri Serqey Lavrova çatdırıb. Onlar əlavə səylərin hərbi əməliyyatların dayandırılmasına yönəldilməsi ilə bağlı müzakirə aparıb. Buraya döyüşən müxəlit tərəflərin harada yerləşməsi və səylərin hərbi əməliyyatların dayandırılması haqda razılığı imzalamayan İŞİD və ”Nusra Cəbhəsinə yönəldiyini təmin etmək daxildir."

BMT-nin Suriya üzrə xüsusi elçisi bu həftə Cenevrədə keçiriləcək danışıqlara hazırlıqlar məqsədilə region ölkələrinin liderləri ilə görüş keçirib.

Staffan De Mistura: “Cenevrə danışıqlarının növbəti fazası çox əhəmiyyətlidir. Çünki biz siyasi keçid, idarəçilik və konstitusiya prinsipləri haqda müzakirələr aparacağıq.”

Suriyada çərşənbə günü parlament seçkilərinin keçirilməysi planlaşdırılır.

Məhəmməd Alomari: “Namizədlərdən çoxu suriyalıların siyasi proseslərdə iştirak etməyi istədiyini deyir. Hər kəs siyasi tərəqqiyə nail olmaq üçün düzgün cavab tapmaq istəyir.”

Rusiyanın Suriya prezidenti Bəşər Əl-Əsədi dəstəkləməsi danışıqlarda mürəkkəblik yaradır. Müxalifət isə təkid edir ki, Əsəd keçid hökumətində heç bir rol almamalıdır.

Əsəd Əl-Zoubi: “Biz demokratik, pluralizm, vətəndaş hüquqları kimi bütün haqüqların bərabərliyinin təmin olunduğu cəmiyyət qurmaq istəyirik. Vətəndaşlar arasında milliyət və ya təriqəti baxımından heç bir fərq yoxdur. Biz Suriyada belə yaşamalıyıq.”

Lakin hökumət təkid edir ki, belə bir demokratik cəmiyyətdə insanlar seçkilər vasitəsilə Əsədin prezident olub-olmamasına qərar vermək hüququna malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG