Accessibility links

Suriyada üsyançıların 7 Rusiya təyyarəsinə zərər vurduğu bildirilir


Rusiyanın Kommersant xəbər agentliyinin məlumatına əsasən, Rusiyanın ən azı yeddi təyyarəsi Suriya üsyançıları tərəfindən açılan atəş nəticəsində zədələnib, ya da məhv edilib. Bu, Rusiyanın ərazidə əməliyyatlara başladığı zamandan bəri məruz qaldığı ən çox itkili hücumdur.

İki hərbi diplomatik mənbə bildirib ki, Suriyanın qərbində, Aralıq dənizi sahilinə yaxın yerləşən Hmeymim hava bazasının hədəf alınması nəticəsində ən azı dörd bombardmançıya, iki qırıcıya, bir nəqliyyat təyyarəsinə, o cümlədən sursat anbarına zərər vurulub.

Rusiya Müdafiə Nazirliyi ən azı 10 hərbi xidmətçinin də xəsarət aldığı hücumla bağlı hələlik heç bir şərh verməyib.

Hmeymim hava bazası Rusiya prezidenti Vladimir Putinin keçən ay qəfil ziyarət etdiyi və Rusiya qoşunlarının Suriyadan çıxması prosesinə başlanılmasının elan etdiyi yerdir.

Bu elan Rusiyanın Hmeymim hava bazasında, o cümlədən sahil boyu 60 kilometr cənubda yerləşən Tartous donanma bazasında daimi yerləşdirilməsinə başladığı bir zaman verilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG