Accessibility links

ABŞ Suriya hökümətini müxalifət üzərində hərbi üstünlük qazanmağa çalışmaqda ittiham edir


ABŞ dövlət katibi Con Kerri bildirib ki, Suriya höküməti müxalifət üzərində hərbi qələbə qazanmağa çalışır və Rusiya prezident Bəşər əl-Əsədə bu yolda imkan yaradır.

Bazar ertəsi günü İndonesiyanın paytaxtı Cakarta şərində çıxışı zamanı cənab Kerri deyib ki, Suriya hökümətinin mülkü vətəndaşların yaşadığı əraziləri bombalamağı davam etməsi bu strategiyaya sübutdur və Rusiyanın hərbi yardımı cənab Əsədin vətəndaş müharibəsinə siyasi yolla deyil, hərbi yolla son qoymasına kömək edir.

Rusiya həm cənab Əsədin, həm də Birləşmiş Ştatların müttəfiqi olmaqla yanaşı, müxalifət və hökümətin sülh danışıqlarında bir araya gəlməsində aparıcı rol oynayıb.

Bazar günü yayımlanan bəyanatda cənab Kerri Suriya müxalifət qrupunu alqışlayaraq, keçid hökümətinin yaranması istiqamətində doğru yolda olduqlarını bildirib.
XS
SM
MD
LG