Accessibility links

ABŞ Suriyaya kimyəvi silahdan istifadənin qəbuledilməz olduğunu bildirib [Video]


Suriyada kimyəvi silah təhlükəsi
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Barak Obama Bəşar əl-Əsədə: Əgər kimyəvi silahlardan istifadə etmək kimi faciəvi səhvə yol versən, bunun doğuracağı nəticələrə görə cavab verəcəksən!

Birləşmiş Ştatlar Suriyanın sarin qazı da daxil olmaqla kimyəvi silahlar hazırladığına dair xəbərdarlıq edib. Sarin ölümcül kimyəvi silahlardan biridir- bu geniş ərazidə sürətlə minlərlə insana ürəkbulandırma verib öldürür. Amerikanın Səsinin müxbiri Luis Ramirez Pentaqonda bu növ silahın törədə biləcəyi təhlükəni şərh edir.

Suriyada hökumət və qiyamçılar arasındakı münaqişə getdikcə şiddətlənir. İndi Birləşmiş Ştatlar rəsmiləri Suriyanın kimyəvi silah obyektləri ətrafındakı “canlanma” müşahidədə olunduğunu bildirirlər.

Ekspertlər deyir ki, kütləvi qırğın silahlarından istifadə oluna biləcək müharibənin başlanması təhlükəli əlamətdir.

Tim Braun Globalsecurity.org veb səhifəsinin təhlükəsizlik analitikidir. O sarin qazının ən öldürücü silahlardan biri olduğunu deyir.

“Əgər sizin bədəniniz bütünlüklə paltarla örtülməyibsə və qaz maskası geyməmisizsə, o zaman bunun milyonda 2-3 hissəsi sizi öldürəcək. Bu sinir sistemini iflic edir.”- deyə təhlükəsizlik üzrə mütəxəssis Tim Braun bildirib.

Sarin qazı təhlükəsi yeni deyil.

1995-ci ildə Tokyo metrosunda kult üzvləri bu qazdan istifadə edərək 13 nəfəri öldürüb.

Səddam Hüseynin hakimiyyəti dövründə bu silah İraqda kütləvi qırğın silahları arsenalında olub.

İran-İraq müharibəsi dövründə Səddamın İran ordusuna qarşı və 1980-cı ildə İraqın Kürd əhalisinə qarşı istifadə etdiyi digər zəhərli qazlar beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunmasına baxmayaraq o zamanlar Bağdada qarşı ABŞ və müttəfiqləri tərəfindən heç bir hərbi təhdid baş verməmişdi.

Analitik Tim Braun beynəlxalq ictimaiyyətin təkamül etdiyini bildirir.

“Birləşmiş Ştatlar və Qərb artıq qərar veriblər ki, kimyəvi silahlardan istifadəyə dözməyəcəklər. Vəssalam!”- deyə Tim Braun beynəlxalq ictimaiyyət üçün bu məsələnin nə dərəcədə həssas olduğunu vurğulayıb.

2003-cü ildə ABŞ kütləvi qırğın silahlarına sahib olduğuna inanıb İraqa qarşı müharibə elan edəndə bu açıq şəkildə aydın edildi.
İndi isə Birləşmiş Ştatlar Bəşar əl-Əsədi zəhərli qazdan istifadə etməməsinə dair xəbərdar edib.

“Mən Əsədə və onun əmri altında olanlara açıq şəkildə bəyan edirəm ki, dünya sizə baxır. Kimyəvi silahlardan istifadə etmək tamamilə qəbuledilməzdir və əgər bu silahlardan istifadə etmək kimi faciəvi səhvə yol versən, bunun doğuracağı nəticələrə görə cavab verəcəksən.”- deyə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama bildirib.

Bu məsuliyyətin nədən ibarət olacağı ictimai şəkildə bəyan edilməyib. Lakin analitiklər birinci mərhələnin Suriyanın hava hücumundan müdafiə sistemini iflic etmək üçün hava hücumu, digərlərinin isə kimyəvi silahdan öz əhalisinə və qonşulara qarşı istifadəni məhdudlaşdırmaq olacağını deyirlər.
XS
SM
MD
LG