Accessibility links

Suriyada kimyəvi silahlardan istifadə edildiyinə dair dəlil yoxdur


ABŞ-ın Suriyadakı səfiri bu həftə Suriyada kimyəvi silahlardan istifadə edildiyinə dair heç bir dəlil əldə edilmədiyini bildirib.

Suriya prezidenti Bəşar Əl-Əsəd isə müxalif döyüşçülərin Hələb şəhəri yaxınlığında kimyəvi silahlardan istifadə etdiyini iddia edir.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində danışan səfir Robert Ford deyib ki, Obama administrasiyası ziddiyyətli məlumatları yaxından izləyir.

Bu yaxınlarda Barak Obama kimyəvi silahlardan istifadə edilməsini qəbuledilməz adlandırıb və Suriyanın bu kimi silahlara əl atdığı təqdirdə nəticələri ilə üzləşəcəyini deyib.

Bu arada Suriya hökuməti BMT-nin baş katibi Ban Gi Muna müraciət edərək iddiaların araşdırılmasını istəyib. Suriya müxalifəti də eyni tələblə çıxış edib.
XS
SM
MD
LG