Rusiya Suriya hökumətinin prezidenti Bəşar Əl-Əsədi heç bir zaman müdafiə etmədiyini deyib. Xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada müxbirlərə deyib ki, Rusiya Suriya konfliktində tərəf tutmur və başqa ölkələri Rusiya siyasətini yalnış təbliğ etməkdə təqsirləndirir.
Onun kommentariyası Rusiya baş naziri Dmitri Medvedevin Əsədi Suriya müxalifətinin tələb etdiyi demokratik islahatları yubatmaqla səhvə yol verdiyini deməsindən bir gün sonraya təsadüf edib.
O deyib ki, Əsəd mötədil opponentlərinin çağırışına cəld reaksiya verməli idi və indi prezidentin hakimiyyətdə qalması şansı günbəgün azalır.
Rusya hakimiyyətdə olan Əsəd ailəsini uzun müddət silahla təmin edib və BMT-nin Təhlükəsizlik Şurasının Suriya münaqişəsinə dair qətnamələrinə veto qoyub.
Bu arada Suriya müxalifət üzvləri bu gün Parisdə dost ölkələrin nümayəndələri ilə görüşüb. Fransa xarici işlər naziri Lauren Fabius müxalifəti müdafiə olunmaq üçün sursatlarla təchiz etməyə və Suriya müxalifətinin siyasətini müdafiə etməyə çağırıb.