Türkiyə Suriyanın hərbi təchizat daşıyan təyyarəsinin endirilməsi qərarını müdafiə edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Moskvadan Dəməşqə istiqamət alan təyyarə qanunsuz mallar daşıyırdı. Lakin baş nazir Rusiyanın Suriyanı silahla təmin etdiyinə dair kəşfiyyat məlumatının necə əldə edildiyi barədə heç nə deməyib.
Suriya rəsmiləri isə təyyarənin hərbi avadanlıq daşıdığını inkar edib.
Suriyanın yaxın müttəfiqi olan Rusiya isə Türkiyənin əməlinin sənişinlərin həyatına təhlükə yaratdığını bildirir.
Suriyada isə vəziyyət gərgin olaraq qalır. Fəalların bildirdiyinə görə, bu gün Dəraa vilayətində 6 rəqib döyüşçü və 14 hökumət əsgəri öldürülüb.
Britaniyada yerləşən İnsan Haqları Müşahidəsi qrupu İdlib, Deir İzzor və Hələb də də qızğın döyüşlər getdiyini bildirib.
Suriyanın hökumət qüvvələri ilə rəqib döyüşçülər arasında hava müdafiə bazasında qarşıdurma olub. Bazanın rəqib qüvvələr tərəfindən ələ keçirildiyinə dair ziddiyyətli məlumatlar verilir.