Accessibility links

Bəşar Əl-Əsəd: Türkiyənin "terroristləri" dəstəkləməsi ona baha başa gələcək


Suriya prezidenti Bəşər Əl-Əsəd qonşu Türkiyənin üsyançıları dəstəkləməsinin ona baha başa gələcəyini bildirib.

Türkiyənin Əsəd hökümətinə qarşı döyüşən üsyançıları dəstəkləməsi iki ölkə arasında əlaqələri pozub.

Türkiyənin Halk TV-yə müsahibəsində cənab Əsəd Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanı dünyanın 80 ölkəsindən gələn ekstrimistlərə sərhədi keçməsinə icazə verməkdə ittiham edib. O, bunun on minlərlə suriyalının ölümünə səbəb olduğunu deyib.

Əsədin müsahibəsi Türkiyə parlamentinin ehtiyac duyulduğu təqdirdə hərbi qüvvələrin Suriyaya göndərilməsinə icazə verən qanunun uzadılmasının sonraya təsadüf edir. Qanun ilk dəfə parlamentdən keçən il Suriyadan atılan raketin beş türk vətəndaşının ölümünə səbəb olduqdan sonra keçib.

Əsəd höküməti parçalanmış üsyançı qruplara qarşı döyüşləri davam etdirir. Ekspertlər bu qrupların ekstrimist müsəlmanlar tərəfindən dəstəkləndiyini deyir. Keçən ay Əl-Qaidə ilə əlaqəsi olan döyüşçülər Türkiyə sərhədindən beş kilometr uzaqlıqdakı Azaz qəsəbəsini ələ keçirib.
XS
SM
MD
LG