Accessibility links

Suriya-Türkiyə sərhədində bomba partlayışı


Dünən Türkiyə ilə Suriya sərhədi yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində beş nəfər həlak olub, onlarla insan yaralanıb.

Rəsmilər bildirir ki, partlayış Suriya tərəfində Bab əl-Salama qəsəbəsində baş verib. Yaralılar Türkiyə sərhədi yaxınlığında yerləşən Kilis vilayətinin xəstəxanasına götürülüb.

Sərhədin Suriya tərəfi Əl-Qaidədən ayrılan Levant və İraq İslam Dövləti adlı qrup tərəfindən idarə olunur.

Qrup əvvəllər sərhəd keçid məntəqəsinin nəzarətini ələ keçirməyə çalışan müxalifət qüvvələri ilə mübarizə aparıb.
XS
SM
MD
LG