Accessibility links

Türkiyə və Suriya sərhədində yerləşən şəhər atışma mərkəzindədir [Video]


Türkiyə və Suriya sərhədində yerləşən şəhər atışma mərkəzindədir
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Suriya-Türkiyə sərhədinin hər iki tərəfində ailələr Suriya vətəndaş müharibəsində son gərginləşmə nəticəsində yaxınlarının həlak olmasına görə hüzn içindədir.

Türkiyə hal-hazırda şimali Suriyada Kürd qoşunları ilə döyüşür. Kürdlərə qarşı döyüşən digər qrup da 2011-ci ildə Suriya hökümətinə qarşı formalaşmış və vaxtılə Birləşmiş Ştatların dəstəklədiyi Azad Suriya Ordusudur.

Türkiyənin Reyhanlı şəhəri sərhəd ərazisində döyüşlərin baş verdiyi yerlərdən biridir. 20 yanvar tarixində baş verən atışma zamanı ən azı dörd nəfər həlak olub, onlarla insan yaralanıb.

Bu qız qəssab dükanının yanında raketin partlaması nəticəsində öz babasını itirib.

Hüseyn, Qurbanlardan birinin oğlu: “Mən şəhər mərkəzinə gedib, ət almaq istəyirdim. Amma əvəzimə atam getmək qərarı verdi.”

Hüseynin ailəsi bomba partlayışı nəticəsində qonşularının ölməsindən sonra Suriyanı tərk edib. Həmin gün 16 nəfər həlak olmuşdu.

Lakin hazırda Afrindəki münaqişə haqqında çox az detallar təsdiq oluna bilir. Çünki, həmin əraziyə jurnalistlərin daxil olması mümkün deyil. Bizim gedə bildiyimiz ən yaxın ərazi, Türkiyə hökümətinin müşayiət edərək apardığı təpəliklərin bu tərəfidir.

Türkiyə deyir ki, onlar Kürd qoşunları ilə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün döyüşürlər. Suriyalı üsyançı döyüşçülər isə deyirlər ki, onlar Kürdlərin müstəqil dövlət elan etməsinin qarşısını almağa çalışırlar.

Nader Dərviş, Azad Suriya Ordusu komandiri: “Onların Suriyanın daxilində öz ölkələrini yaratmaq arzusu var, amma bu mümkünsüzdür. Suriya inqilabçıları mövqeyindən Suriyanı bölmək yolverilməzdir.”

Mülki əhali də daxil olmaqla hər iki tərəfdən əsgərlər həlak olur və etnik gərginlik artmaqdadır. Afrində çəkilən fotolar çoxlu sayda itkilərin və kütləvi etirazların olduğunu göstərir.

Türkiyə rəsmiləri deyir ki, çərşənbə axşamı döyüşlərin baş verdiyi ərazinin yaxınlığındakı qaçqın düşərgəsinin raketlə vurulması nəticəsində daha üç insan öldürülüb.

XS
SM
MD
LG