Accessibility links

Türkiyədə Suriyalı miqrantlara qarşı narazılıq yaranır [Video]


Türkiyədə Suriyalı miqrantlara qarşı narazılıq yaranır
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Mələk Üzüm oğlunun bir yaşı olanda üç otaqlı evə köçüb. İndi isə onun uşaqları böyüyüb və bu ev onlara çox darısqal gəlir. O, daha böyük evə köçmək istəyir. Ancaq buna imkanı yoxdur. Suriyalı miqrantların bölgələrə axını onun məhəlləsindəki ev qiymətlərini də artırıb.

Mələk Üzüm: “Küçənin o biri tərəfində kirayə evin qiyməti 260 dollardır. Bura yaxın aşağı mərtəbədə də kirayə ev var, qiyməti 200 dollar. Onlar qiymətin artmasına səbəb olublar. Bizim buna imkanımız yoxdur.”

Onun evinin sahibinin də suriyalılara qarşı narazılığı var.

Behiye Yılmaz: “Suriyalılar bizim hökumətdən yaxşı pul alır. Ancaq yerli xalq deyil. Mənim anam çox kasıbdır. O yaşlanıb. O, hökumətdən çox az pensiya alır”.

Behiyə deyir ki, o heç vaxt evini suriyalılara kirəyə verməyəcək, çünki bir neçə ailə birlikdə köçür və evi yaşanmaz hala salır.

Ev sahibinin qızı suriyalı dilənçilərin pul istəmək üçün ona toxunmalarından narahat olduğunu deyir.

İstanbulda bir məhəllədə yenicə evlənmiş cütlük də suriyalı miqrantların səbəb olduğu digər problemdən danışır. Hüseyn tekstil fabrikində işləyir. O, suriyalıların əmək haqqlarının aşağı düşməsinə səbəb olduğunu deyir.

Hüseyn Baştuğ: “Suriyalılar gəldikdən sonra yerli işçilərin gəlirləri azalıb və yaşayış bahalaşıb. Kirayə qiymətləri 165 dollardan 330 dollara qalxıb.”

İstanbulda suriyalılara qarşı narazılıq əsasən az gəlirli türklər arasında getdikcə artır.

Narazılıq hələlik məhdud səviyyədədir, lakin suriyalı qaçqınlar Türkiyəyə axın etməkdə davam etdikcə yerli əhali arasında suriyalı qonşularına qarşı narazılıq daha da arta bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG