Accessibility links

Əhməd Davudoğlu kürd qüvvələrinin sərhədə yaxınlaşmasına icazə verməyəcəyini deyib


Türkiyə baş naziri Əhməd Davudoğlu bildirib ki, ölkəsi Suriyadakı kürd döyüşçülərin cənub sərhəddəki Azaz qəsəbəsini ələ keçirməsinə icazə verməyəcək.

Türkiyə son günlərdə bir neçə dəfə ABŞ-ın dəstəklədiyi Kürd Xalqlarının Müdafiəsi Birliyinin əraziyə girməsinin qarşısını alıb. Davudoğlu deyib ki, əgər kürdlər yaxınlıqdakı hava bazasından döyüşçülərini çıxarmasa Türk qüvvələri oranı yararsız hala salacaq.

Bu arada bazar ertəsi günü baş verən hava hücumları Sərhədsiz Həkimlər təşkilatı tərəfindən himayə olunan xəstəxananı dağıdıb.

Beynəlxalq yardım təşkilatı bildirib ki, binaya dörd raket düşüb və səkkiz həkim itkin düşüb.

Britaniyada yerləşən Suriya İnsan Haqları təşkilatı deyib ki, raketlər çox güman ki Rusiya hava qüvvələri tərəfindən atılıb və nəticədə onlarla insan həlak olub və yaralanıb.

Sərhədsiz Həkimlər təşkilatının sözçüsü bildirib ki, xəstəxananın dağıdılması 40 min insanı tibbi yardımdan məhrum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG