Accessibility links

Loukok Suriyada atəşkəsə əməl etməyə çağırır


BMT-nin humanitar məsələlər üzrə sədri Mark Loukok Təhlükəsizlik Şurasını qəbul edilən, lakin əməl olunmayan 30 günlük atəşkəsi tətbiq etməyə çağırıb.

Təxminən bir həftə əvvəl şura Suriya, xüsusilə də üsyançıların nəzarət etdiyi şərqi Qutada döyüşlərin bir aylıq dayandırılması və vəziyyəti kritik olan xəstələr ilə yaralıların təxlyəsinə çağıran qətnaməni yekdilliliklə qəbul edib.

"Beş saat ərzində humanitar yardım çatdırmaq mümkün deyil. Təşkilatlar artıq illərdir bu təcrübəni yaşayır. Tərəflər razılaşdığı halda belə nəzarət-buraxılış məntəqələrindən keçmək bir gün vaxt apara bilər. Daha sonra isə gətirilən yardım mallarını yük maşınından endirmək də vaxt alır," deyə BMT-nin Humanitar məsələlər üzrə baş katib müavini Mark Loukok bildirib.

Loukok deyib ki, Birləşmiş Millətlər Təşkilatları və tərəfdaşlarının humanitar yardım ilə dolu maşınları və tibbi təxliyyə planları hazırdır və onlar silahlı atışmalar dayandırıldığı və Suriyaya daxil olmağa icazə verildiyi an hərəkətə keçəcək.

Şərqi Qutadakı əsas silahlı qruplar çərşənbə günü BMT Təhlükəsizlik Şurasına məktub göndərib. Məktubda bildirilir ki, onlar atəşkəsə əməl etməyə və onların olduqları ərazilərə yardım çatdıran konvoyları qorumağa hazırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG