Accessibility links

Suriyada hərbi təyyarələrin üsyançıların mövqelərini bombaladığı haqda məlumat verilir



Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinin üsyançıları geri çəkilməyə məcbur etmək səylərini davam etdirdiyi bir vaxt, Suriya insan hüquqları fəalları silahlı qüvvələrin hərbi təyyarələrinin Dəməşq ətrafında üsyançıların mövqelərini bombaladığını bildirib.

Qərargahı Britaniyada yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə qrupu paytaxt Dəməşq ətrafında yeni toqquşmalar və ölkənin mərkəzində yerləşən Homs şəhərində hökumət qüvvələrinin üsyançıların nəzarətində olan əraziləri atəşə tutduğu haqda məlumat verib.

Suriya İnsan Hüquqlarını Müşahidə qrupu Homs şəhərinin müxtəlif rayonlarının bir neçə gündür bombardman edildiyini bildirib.

Qrupun bildirdiyinə görə, hökumətin hərbi hava qüvvələrinin şənbə günü reydləri zamanı Riif Dimaşq vilayəti də hədəf alınıb. Suriya İnsan Hüquqlarını Müşahidə qrupu bu bölgədə ölüm hallar və tələfatlar haqda məlumat verib.

Suriyada iki il bundan əvvəl prezident Bəşar Əl-Əsədə qarşı dinc xalq hərəkatı kimi başlayıb sonradan vətəndaş müharibəsinə çevrilmiş münaqişədə silahlı üsyançılar və onlara qarşı zorakı təqib kampaniyası aparan hökumət qüvvələri arasında mübarizə gedir.

BMT münaqişə nəticəsində təxminən 100 min insanın həyatını itirdiyini bildirib.
XS
SM
MD
LG