Vaşinqton Suriyada hərbi əməkdaşlığa dair yüksək səviyyədə ikitərəfli danışıqlarda iştirakdan imtina etdikdən sonra Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya dair mövqeyini qeyri-konstruktiv adlandırıb.
Bu şərh ABŞ və Rusiya arasında Suriya üzərində əməliyyatların qaydalarına dair üçüncü aşağı səviyyəli danışıqlar başa çatdıqdan sonra verilib.
ABŞ və Rusiya hər ikisi çərşənbə günü video-konfrans zamanı irəliləyiş əldə edildiyini bildirib. Vaşinqton bildirib ki, bu konfrans xüsusi təhlükəsizlik prosedurlarının tətbiqi barədə idi.
ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, ABŞ Rusiya rəsmiləri ilə danışıqlarda iştirak etmək istədiklərini bildirməkdə davam edir.
Rusiyanın hava hücumları Suriya hökumətinin qoşunlarına əraziləri geri almağa yardım edib. ABŞ Rusiya təyyarələrinin İŞİD-i deyil, əsasən üsyançıları hədəf aldıqlarına görə tənqid edib.