Accessibility links

Suriyanın Azaz şəhərində bomba partlayışı beş nəfərin həyatına son qoyub


İnsan Haqlarını Müşahidə qrupu Türkiyə ilə sərhəddə Suriyanın üsyançıların nəzarətində olan Azaz şəhərində avtomobilə yerləşdirilmiş bomba partlayışının təxminən beş nəfərin ölümünə səbəb olduğunu bildirib.

Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, öldürülənlər arasında dörd mülkü vətəndaş və bir polis zabiti olub.

Qrup bəzi insanların ağır yaralandığından ölənlərin sayının artacağını ehtimal edilir.

Partlayış tullantıların alovlanmasına səbəb olub və səmada tüstü yaradan yanğınla nəticələnib.

Cəsədlər cəsəd torbalarına yerləşdirilib. Ətrafda toplaşan insanlar isə ağlayır və şok içində baş verənləri izləyir.

Partlayış yaxınlıqda yerləşən məscidi və üsyanşıların nəzarətində olan bəzi əraziləri idarə edən müxalifətin müvəqqəti hökumətinin baş qərərgahını dağıdıb.

Azazda tez-tez partlayışlar törədilir. 2011-ci ilin martından Suriyada 320 mindən çox insan öldürülüb.

XS
SM
MD
LG