Accessibility links

Suriyanın Homs vilayətinin bəzi hissələrində atəşkəs tətbiq edilib


İnsan Haqlarını Müşahidə qrupu Suriyanın Homs vilayətinin bəzi hissələrində tətbiq edilən atəşkəsin mülkü vətəndaşların normal həyat tərzinə qayıtmalarına şərait yaratdığını bildirib.

Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu heç bir zorakılıq halı barədə məlumat verməyib. Qrup insanların motosikletlərdə və piyada sərbəst hərəkət etdiklərini bildirib.

Belə bir sabitlik humanitar yardım işçilərinə yardım çatdırılmasına da kömək edə bilər.

Ötən həftə Qahirədə Rusiya müdafiə rəsmiləri və Suriya üsyançılarının nümayəndələri Homs vilayətinin şimalında atəşkəsin şərtlərini ətraflı müzakirə edib.

Atəşkəs Suriyanın cənubu və Dəməşqə yaxın ərazinin bəzi yerlərində də tətbiq edilib. İdlib vilayətində dördüncü ərazi barədə isə hələlik tədbir görülməyib.

Suriya münaqişəsi dövründə əldə edilən atəşkəs razılıqları kimi bu atəşkəs razılığı İŞİD döyüşçüləri və ya digər Əl Qaidə ilə əlaqəsi olan qrupları əhatə etmir.

XS
SM
MD
LG